“İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” - Bu adlara qadağa


20:00     29 Oktyabr 2015 1446036271_35c7a3d2-c419-4b8c-90e9-9f83021e3f77.jpg

Son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı bizə 20-ə yaxın müraciət daxil olub”.


Bunu APA-ya açıqlamasındaNazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”

S. Sadıqova əlavə edib ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.

Sədr müavini qeyd edib ki, adlarla bağlı ayrıca lüğətin hazırlanmasına ehtiyac var: “Adlar lüğətinin olması çox yaxşı olardı, qeydiyyat şöbələrinin də işi asanlaşardı”.

Açar sözlər:

Oxunub: 1235


Oxşar xəbərlər