“Ermənilər Qarabağdan çıxarılmalıdır” - AŞPA məruzəçisi
16:05 05 Noyabr 2015
“Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərdən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir".
Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir. Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.
Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləndiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: "Bir qədər də ləngimə bu “dondurulmuş” münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər”.
Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.
Sənəddə Dalıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.
Qətnamə layihəsi 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacaq.
Oxunub: 1179
Oxşar xəbərlər
- “Ermənilər tariximizi məhv etməyə çalışır” – Robert Mobili
- “Ermənilər üçün oynayın” - Türk futbolçulara qarşı TƏXRİBAT
- “Ermənilər Azərbaycanda deputat seçilə bilər” – Aqil Abbas
- “Ermənilər məhv olur, Qarabağdan qaçırlar“ - Ermənidən şok etiraf
- “Ermənilər türk torpaqlarında bəy balası kimi yaşayır” - VİDEO
- “Ermənilərin hədəfinə çevrilmişik” - Yaralı ağdamlı
- “Ermənilər papirosu bədənimizdə söndürürdü” - ƏSİR DÜŞƏRGƏSİ
- “Ermənilər mülki əhalimizi qətlə yetirir“ - Ombudsman
- “Ermənilərin yalanının qarşısını almalıyıq“ - Səməd Seyidov
- “Ermənilər 35 000 dinc özbək öldürüb” - Özbək tarixçi dəhşətli faktlar açıqladı