Prezident müdafiə nazirinə şiddətli töhmət verdi - Qazaxıstanda


11:19     15 İyul 2019 19_07_15_1563175224.jpg


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokyev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.


Femida.az xəbər verir ki, bu barədə "Kazinform"a məlumat yayıb.

Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb.

Femida.az

Açar sözlər: #Qazaxıstan  

Oxunub: 386