Çexiyadan kürd silahlılarına dəstək


14:58     13 Noyabr 2015 big_1432465600_pkk.jpg

Çexiya İŞİD terror qruplaşması ilə mübarizə üçün kürd silahlılarına 6 min avtomat göndərəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib.


Nazir həmçinin gələn həftə kürd silahlılarına 5 min ədəd qumbara və 10 mln patron göndərəcəyini qeyd edib.

Kürd silahlı dəstələr üçün nəzərdə tutulmuş yük ABŞ və Britaniya təyyarələri ilə ünvana çatdırılacaq.

Stropnitski silah-sursatın Suriyaya və ya İraqa göndəriləcəyini dəqiqləşdirməyib.

Açar sözlər:

Oxunub: 820