Məzənnələr dəyişdi


14:08     18 Noyabr 2015 10875196.jpg

Bu gün noyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0510 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0019 manat və ya 0,17% azalaraq 1,1183 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% artaraq 0,0162 manat səviyyəsində qərarlaşıb.

Açar sözlər:

Oxunub: 1056


Oxşar xəbərlər