Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandı
14:59 20 Dekabr 2020
Rusiyanın tanınmış qadın ağırlıqqaldıranı Tatyana Kaşirina yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Femida.az TASS-a istinadən xəbər verir ki, 29 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Əsas kimi 5 qat dünya çempionundan 2012 - 2015-ci illərdə götürülmüş dopinq-testin Moskva Antidopinq Laboratoriyasındakı yoxlama nəticələri göstərilib.
Qeyd edək ki, Tatyana Kaşirina 2006-cı ildə eyni səbəbdən iki il müddətinə diskvalifikasiya olunub. O, 2009 - 2019-cu illərdə dünya çempionatlarında 5 qızıl, 2 gümüş, Avropa çempionatlarında 8 qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rusiya ağırlıqqaldıranlarına qoyulmuş qadağa üzündən Kaşirina kənarda qalıb.
Oxunub: 592
Oxşar xəbərlər
- Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb