Ukrayna Baş Qərargahı: "Rusiyanın 31 taktik tabur dəstəsi döyüş qabiliyyətini itirib"
11:29 12 Mart 2022
Ukraynada müharibə başlayandan bu yana ölkə ərazisində fəaliyyət göstərən düşmənin 31 taktik tabur dəstəsi döyüş qabiliyyətini itirib.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının bu gün səhər açıqlamasında deyilir.
“Düşmənin Polesye, Siversk, Cənubi Buq istiqamətlərində canlı qüvvə və texnika sarıdan xeyli itki verərək qarşısı alınıb, indi də əvvəl tutduğu mövqelərdə dayaq qazanmağa çalışır. Donetsk istiqamətində irəliləməyə çalışan düşmən Ukrayna müdafiəçiləri tərəfindən layiqincə müqavimətlə qarşılaşaraq bəzi yerlərdə geri oturdulub, qalan ərazilərdə isə irəliləmə sürəti xeyli azalıb. Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələri ilə birbaşa atəş təmasında olan Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb, şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”, - açıqlamada bildirilir.
Oxunub: 532
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"