Qırğız Respublikasının Prezidentinin rəsmi qarşılanma mərasimi olub
10:45 20 Aprel 2022
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.
Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verib.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Oxunub: 481
Oxşar xəbərlər
- Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib
- Qırğızıstanla Tacikistan arasında atışma olub
- Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil olub
- Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb
- Qırğızıstanın keçmiş baş nazirinin ölkədən çıxışına qadağa qoyulub
- Qırğızıstan prezidenti yeni baş nazir təyin edib
- Qırğızıstan-Tacikistan sərhədində atışma olub
- Qırğızıstanın keçmiş prezidentləri axtarışa verildi
- Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlib
- Qırğızıstan prezidenti Türkiyədə səfərdədir