Ukrayna millisinin sabiq üzvü müharibədə həlak olub


14:11     22 Aprel 2022 22_04_22_1650625292.jpg

Atıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həlak olub.

Bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.

Beynəlxalq dərəcəli idman ustası Xerson vilayətində 36 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İvan Bidnyak 2010 və 2013-cü ildəki Avropa çempionatlarında gümüş medal qazanıb. O, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Açar sözlər:

Oxunub: 394