Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
14:14 03 İyun 2022
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qalıb.
Bu barədə Femida.az-a vəkilin özü məlumat verib.
O qeyd edib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb:
"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartdılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".
Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub: 2771
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"