Səkkiz gün iş olmayacaq


23:33     18 Fevral 2016 teqvim.jpg

Mart ayında 9 gün qeyri-iş günü olacaq.


Femida.az xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

Nazirlər Kabinetinin qərarına əsasən isə 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, mart ayında ümumilikdə 9 gün qeyri-iş günü olacaq.

Açar sözlər:

Oxunub: 1041