Çaylardakı vəziyyət açıqlandı


20:28     07 Mart 2016 caylar9.jpg

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 200-260, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.


Tranzit çaylarda hazırki vəziyyət

Martın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 272 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 171 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 10, Bankədə 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2015-ci il martın 07-də 396 sm), Şirvanda 297 sm (2015-ci il martın 07-də 249 sm), Salyanda 258 sm (2015-ci il martın 07-də 200 sm), Bankədə 203 sm (2015-ci il martın 07-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2015-ci il martın 07-də 155 sm) təşkil edir.

Açar sözlər:

Oxunub: 517