Sərnişinin cibindən 500 dollar oğurlandı


18:26     15 Mart 2016 ogurluq1141.jpg

Bakıda xətt avtobusunda oğurluq etmiş şəxs tutulub.


Femida.az DİN-ə istinadən bildirir ki, martın 14-də Nəsimi rayonu ərazisində 20 saylı xətt avtobusunda Ağsu rayon sakini Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayaraq avtobusdan düşüb qaçan şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub. Onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli olması müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 912