TQDK-dan məktəb rəhbərlərinə XƏBƏRDARLIQ


20:52     08 İyun 2015 353d36a83d6b421c470afdb7afb13ddb.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış sinif şagirdləri və ümumtəhsil məktəbləri rəhbərlərinə və əlaqələndiricilərinə xəbərdarlıq edib.


TQDK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, buraxılış sinif şagirdləri imtahana getmədən əvvəl “Şagird-məzun” sistemindəki məlumatlarını yoxlayıb məlumatlarla bağlı hər hansı səhv aşkar etsələr, dərhal məktəb əlaqələndiricisinə bu barədə məlumat verməlidirlər.

Ümumtəhsil məktəbləri rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərin buraxılış vərəqəsində və məktəb arayışındakı şəkillərinin onların indiki görünüşünə uyğun olmasını təmin etsinlər. Bununla bağlı hər hansı sual yarandıqda dərhal TQDK-ya müraciət edilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 771