Şahbaz Xuduoğlunun 6 min manatını mənimsədilər
16:41 31 Mart 2016
Azərbaycanda kitab çapı ilə məşğul olan “Qanun” nəşriyyatının əməkdaşı şirkətə külli miqdarda ziyan vurub.
Femida.az xəbər verir ki, bununla bağlı nəşriyyatın direktoru Şahbaz Xuduoğlu polisə müraciət edib. O bildirib ki, əməkdaşlıq etdikləri Qazax rayon sakini, Seymur Həsənov 2015-ci ilin sentyabr ayından bu ilin mart ayına kimi nəşriyyatın anbarından məntəqələrə paylamaq adı ilə götürdüyü kitabları 5916 manata satıb, lakin şirkətə ödəniş etməyib. S.Həsənov həmin məbləği mənimsəyib.
Araşdırma aparılır.
Oxunub: 752