Albaniyada helikopter qəzaya uğrayıb
03:53 07 Aprel 2016
Albaniyanın İşkodra şəhəri yaxınlığıdan hərbi helikopter qəzaya uğrayıb.
Femida.az xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 3 hərbçidən 2-si həlak olub.
Yaralı hərbçinin xəstəxanaya aparıldığı bildirilib.
Məsələ ilə bağlı Albaniya Müdafiə Nazirliyi araşdırmalara başlayıb.
Oxunub: 769