Polkovniki güdüb, maşınını güllələdilər (VİDEO)


14:36     11 Aprel 2016 polk.jpg

Səudiyyə Ərəbistanınında polkovnikə qarşı sui-qəsd təşkil edilib.


Femida.az xəbər verir ki, sui-qəsdi İŞİD-in "Nəcd vilayəti" adlı qolu olan terrorçular törədib. Belə ki, təkfirçilər Səudiyyə Ərəbistanının Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli məmuru olan polkovnik Macid Əl-Hemadini izləyərək onun evdən çıxmasını gözləyiblər.

Hətta onlar polkovnikin avtomobilə minməsini belə lentə alıblar. Daha sonra isə yolda onun avtomobilini atəşə tutaraq qətlə yetiriblər.



Açar sözlər:

Oxunub: 1627