Putindən Dağlıq Qarabağla bağlı açıqlama


20:25     14 Aprel 2016 putin67.jpg

“Dağlıq Qarabağ münaqişəsi olduqca həssas mövzudur. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq”


Femida.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin vətəndaşların canlı yayımda suallarını cavablandırarkən deyib.

Rusiya prezidenti Qarabağ münaqişəsinin uzun müddət davam edən konflikt olduğunu bildirib: “Münaqişə dondurulmuş vəziyyətdə qalıb. Biz münaqişənin nizamlanması, hər iki tərəf üçün məqbul həll yolunun tapılması üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu məsələdə uzunmüddətli həll yolu tapılmalıdır. Münaqişə yalnız siyasi yolla həll olunmalı, kompromis tapılmalıdır”.

Rusiya lideri etiraf edib ki, bir neçə il əvvəl münaqişənin nizamlanması istiqamətində kompromis əldə oluna bilərdi: “Mənə elə gəlir ki, bir neçə il əvvəl praktik olaraq münaqişənin nizamlanması üçün hər iki tərəfdə kompromisə yaxınlaşmışdıq. Təəssüflər olsun ki, sonradan bunu belə olmadığı məlum oldu. Münaqişənin nizamlanması üzrə həm beynəlxalq strukturlar, həm də ikitərəfli əlaqələr çərçivəsində işləri davam etdirəcəyik”.

Açar sözlər:

Oxunub: 3459