İƏT-in İstanbul sammiti başa çatdı


17:58     15 Aprel 2016 ietttt.jpg

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Zirvə toplantısı başa çatıb.


Femida.az xəbər verir ki, Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.

Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət planı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.

Bağlanış nitqi söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərqdən qərbə, cənubdan şimala bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir.

“Önümüzdəki müddətdə bu anlayış və inamla çalışmalarımızı davam etdirəcəyik. Qarşıdakı 10 il üçün Fəaliyyət proqramı və Bəyannamənin qəbul edilməsi vacibdir və biz işimizi effektivləşdirməliyik. Yekun Bəyannamədə əsas siyasi proseslər, iqtisadi, sosial mövzularda ortaq mövqe nümayiş etdirdik. Eyni zamanda, təşkilat üzvü olmayan ölkələrdəki müsəlman toplumlarla bağlı mövqeyimizi ortaya qoyduq”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, aprelin 14-də başlayan sammitin işində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1177