Məmurun arvadı məhkəmə qarşısında


21:03     19 Aprel 2016 hebsde-olan-sabiq-nazir-ali-mehkemeye-muraciet-edib0.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərovanın qızı Amanə İsgəndərova şahid qismində ifadə verib. O, bildirib ki, atasını anası öldürməyib: “Hadisə vaxtı mən qarajda atamın iniltili səsini eşidib qaraja düşdüm. Bu zaman bir nəfər bıçağı mənim boğazıma dirəyib pul istədi. Anam da qızıllarını gətirib verdi".

Amanə İsgəndərova atasının anası tərəfindən qətlə yetirilməsi barədə ibtidai istinataqa verdiyi ifadədən imtina edib.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Açar sözlər:

Oxunub: 1040