Cənubi Koreyadan İrana dəstək - 25 milyard dollar
19:25 03 May 2016
Cənubi Koreya İran infrastrukturuna investisiya qoymaq üçün 25 milyard dollarlıq yardım paketinin təsdiq edib.
Femida.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti xanım Park Quen Hay İran-Koreya biznes forumunda çıxış edərkən deyib. O bildirib ki, iş adamları bu maliyyə paketindən faydalana biləcəklər:
“Cənubi Koreya İranda infrastrukturun qurulması prosesi üçün 25 milyard dollar məbləğində yardım paketi hazırlayıb və umid edirik ki, iş adamları bundan faydalanacaq”.
Xanım Hayın sözlərinə görə iki ölkə arasında müzakirə edilmiş mövzulardan biri də gömrük məsələləri olub. İdxal və ixrac edilən əmtəələrin gömrükdə rəsmiləşdirilməsi prosesinin sürətli şəkildə həyata keçirilməsi ilə bağlı ölkə rəhbərləri arasında danışıqlar baş tutub. Bundan başqa iki ölkə arasında əldə edilmiş dəniz daşımaları üzrə razılaşmaya əsasən bu yolla daşınacaq yüklərin qiymətində azalmanın olması proqnozlaşdırılır. Belə ki, əvvəllər dəniz daşımaları 3-cü ölkə vasitəsi ilə həyata keçirilirdi. Bu razılaşmanın əldə edilməsindən sonra isə İran və Cənubi Koreya arasındakı dəniz daşımaları birbaşa həyata keçiriləcək.
Femida.az
Oxunub: 1109
Oxşar xəbərlər
- Cənubi Koreya ilə məsləhətləşmələr keçirilib
- Cənubi Koreyada zəlzələ - 15 nəfər yaralanıb
- Cənubi Asiyada 16 milyon uşaq aclıq çəkir - UNİCEF
- Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır
- Cənubi Koreyada prezident seçkiləri başlayıb
- Cənubi Qafqazı müharibəyə sürükləyirlər - ŞƏRH
- Cənubi Osetiya Rusiyaya birləşir - REFERENDUM
- Cənubi Koreya şimal qonşusundan ehtiyatlanır
- Cənubi Azərbaycanda ETİRAZLAR (FOTO+VİDEO)
- Cənubi Qafqaza mühüm səfər