Talışdan qaçan ermənilər : “Sarkisyan burada yaşaya bilər?” (VİDEO)


16:32     01 İyun 2016 TALİS.jpg


4 günlük müharibə zamanı Talış kəndindən qaçan ermənilər yenidən oraya qayıtmaq istəmir. Femida.az xəbər verir ki, bununla bağlı Azadlıq radiosunun Ermənistan bürosu reportaj hazırlayıb.


Reportaj Talış kəndindən qaçan və Xankəndində məskunlaşan Marskoy Saakyan və onun ailəsindən hazırlanıb. Aprel döyüşlərindən sonra Talışdan qaçan ailə orada olan vəziyyətdən danışıb:

“Talış ətrafı türklər tərəfindən tutulduqdan sonra biz oradan çıxdıq. İndi Xankəndində yataqxanada müvəqqəti məskunlaşmışıq. Bir neçə gün əvvəl prezident və bir nəfər məmur bura gəlmişdi. Onlar bizdən soruşdular ki, Talışı qoyub niyə qaçmışıq. Qayıdıb orada yaşayaq. Mən də nəzakətlə onlara dedim ki, sizin yaxşı maşınınız və imkanınız var. Siz ailənizlə gəlin bizim Talışda olan evimizdə yaşayın. Özünüz görün ki, burada yaşamaq necə çətindir. Talışda uşaq bağçası, məktəb, xəstəxana, ərzaq mağazası yoxdur. Mən azyaşlı uşaqlarla orada necə yaşaya bilərəm?”

Daha sonra sayt yazır ki, Ermənistan 4 günlük müharibə zamanı elə də ciddi əhəmiyyət kəsb edən əraziləri itirmədiyini desə də əslində vəziyyət başqadır.

“Bu gün Talışa əhalinin gedə bilməməsinin yüksəkliklərin Azərbaycan ordusunda olmasıdır. Bunu gizlətmək heç kimə lazım deyil”, deyə reportajda qeyd olunur.
25 yaşlı Aşxen bacısı və anası ilə birlikdə artıq 2 aydır ki, Xankəndində yataqxanada yaşayır. O artıq burada mağazada işə düzəlib. Jurnalistlərə açıqlamasında deyir ki, Talışa qayıtmaq fikri yoxdur. Ora həm təhlükəli, həm də yaşayış üçün qeyri-mümkün olan yerdir. Türklər ( red- azərbaycanlıları nəzərdə tutur) hər an hücum edə bilərlər.

Azatutyunun Xankəndindən hazırladığı reportajdan da görünür ki, Aprel döyüşlərindən sonra Talış kəndində bir erməni ailəsi belə qalmayıb. Onlar Dağlıq Qarabağ ətrafına qaçıblar. Hazırda onların bir hissəsi Xankəndində yataqxanaların birində məskunlaşıb.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11182


Oxşar xəbərlər