Amnistiya aktının icrasına başlanıldı - FOTOLAR


15:16     15 İyun 2016 turme%2015%20iyun%20(7).jpg

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılıb.

Femida.az xəbər verir ki, Bakının Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsindən 5 kişi məhkum - Aslanov Tahir, Allahverdizadə Teymur, Məmmədov Elşən, Məhərrəmov Ramil, və Mirzəquliyev Sahib azadlığa buraxılıb.

Onlar prezident İlham Əliyevə və Amnistiya aktının təşəbbüskarı olan birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Amnistiya aktının icrası 15 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Bu müəssisədən 10 nəfər Azərbaycan vətəndaşı azadlığa çıxıb.

Qeyd edək ki, amnistiya aktı ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.



















AzVision.az

Açar sözlər:

Oxunub: 1766