Kremldən Ərdoğanın məktubuna cavab: Türkiyə təzminat ödəməlidir


19:09     15 İyun 2016 peskov31.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə göndərdiyi təbrik məktubuna Kremldən cavab verilib.


Femida.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın da Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bildirib:

"Amma əvvəlcə Ankara müəyyən addımlar atmalıdır. Ərdoğanın məktubu bir protokol sənədidir. Ənənəvi olaraq milli günlərdə bu tip məktublar qarşılıqlı olaraq göndərilir. Beynəlxalq əlaqələrdə tətbiq olunan bir fəaliyyətdir".

"Müəyyən addımlar dedikdə Türkiyənin üzr istəməsi və təzminat ödəməsini nəzərdə tutursunuz?" sualına isə D.Peskov, "Bəli, əlbəttə ki", - deyə cavab verib.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 12 iyun tarixində Rusiya Prezidentinə Müstəqillik Günü ilə bağlı təbrik məktubu göndərib. Məktubda R.Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşacağına ümid etdiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 6515