Sarkisyanın Qarabağa səfərinin məqsədi


16:15     23 İyun 2016 sarkisyan%20qarabag.jpg

“Ermənistan prezdenti Serj Sarkisyanın Sankt-Peterburqda keçirilən üçtərəfli görüşdən sonra Dağlıq Qarabağa getməsi vəziyyəti öz nəzarəti altında saxlamaq məqsədi daşıyır”. Femida.az xəbər verir ki, bu fikriləri açıqlamasında millət vəkili Asim Mollazadə deyib.


Səfərin eyni zamanda nümayiş xarakteri daşıdığını deyən millət vəkili söyləyib ki, Sarkisyan bununla proseslərdə guya Dağlıq Qarabağda yaradılan “müstəqil qurum”la birgə hərəkət etdiyini göstərmək istəyir: “Lakin əsl səbəb Sarkisyanın sülh istiqamətində addım atamağa məcbur edilməsidir. Əks halda, o Rusiya ilə münasibətlərinə çox ciddi zərbə vurmaqla yanaşı, onun rəhbərliyi ilə də münasibətləri gərginləşə bilər. Ermənistanın müstəqil dövlət olmadığını da nəzərə alsaq, bu Sarkisyan üçün faciəlidir”.

Ermənistan xarici işlər naziri Edvard Nalbadyanın Peterburq görüşündə müzakirə edilən məsələlərdən imtina etməsi məsələsinə gəlincə Asim Mollazadə söyləyib ki,bu, Ermənistanın hər zamanki təbliğat üsülüdur: “İllərdir ki, Ermənistan münaqişənin həllinə dair bir addım atmaq istəmir. Hazırda isə məcburiyyət qarşısında qalan Ermənistan sülh istiqamətində addım atmaqdan qorxur. Çünki, bu onun illərdir apardığı siyasətin əksidir. Nalbadyanın nə deməyindən asılı olmayaraq əsas məsələ torpaqlarımızın işağdan azad edilməsidir ki, Ermənistan bununla bağlı addım atmağa məcburdur. Belə olmasa bölgədə vəziyyət gərginləşməklə yanaşı, Ermənistan öz sahibinin- yəni Rusiyanın nüfuzuna ciddi zərbə vura bilər”.(sia)





Femida.az

Açar sözlər:

Oxunub: 5465