“Təmiz Dünya” insan alverinə qarşı tədbir keçirdi


15:27     20 İyul 2016 2530.jpg


“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda 19 iyul 2016-ci il tarixdə növbəti üçüncü seminarını keçirilib.

Femida.az xəbər verir ki, seminarda 32 nəfər iştirak edib.

Seminarda, “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd", “Biznes qurulmasına ilkin addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları müzakirə edilib. Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət Balabəyova çıxış edib. Tədbir “Təmiz Dünya” Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilib.

Tədbirin təşkilatçıları qadınların insan alveri qurbanı olmaması və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulayaraq hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər. İştirakçılara layihə çərçivəsində hazırlanmış “Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər paylanıb.

Layihə çərçivəsində nəzərdə tutulan iki sosial çarxlardan biri artıq “Labirintdən çıxış – uşaq istismarı insan alveridir” artıq hazırlanmış və youtubda yerləşdirilərək sosial şəbəkələrdə yayımlanıb.

Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.

Açar sözlər:

Oxunub: 1133