Estoniya Avropa İttifaqına sədrlik edəcək
00:09 21 İyul 2016
Avropa İttifaqına (Aİ) sədrlik Estoniyaya keçib.
Femida.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Estoniyaya sədrlik Avropa İttifaqına üzvlükdən imtina edən Böyük Britaniyadan keçib.
Xatırladaq ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda vətəndaşlar Avropa İttifaqına "yox" deyib. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Femida.az
Oxunub: 1215