Yaqland Türkiyəyə gedir


14:23     01 Avqust 2016 yaqland.jpg

Avropa Şurasının baş katibi Tyorborn Yaqland avqustun 3-də Türkiyəyə səfər edəcək.


Femida.az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Səfər zamanı T. Yaqlandın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ və müxalifət partiyalarının liderləri ilə görüşləri gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 950