Maskalılar evə daxil olub qadını hədələdi


16:53     04 Avqust 2016 maskali.jpg

Şirvanda yaşayış evinə basqın olub.


Şirvan şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Elnarə Cəfərovanın evinə girən üç maskalı şəxs onu və qızı Xədicəni bıçaqla hədələyərək mənzildən xeyli miqdarda pul və qızıl aparıblar.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin şəhər sakinləri Xəyyam Mehrəliyev, Kamran İsmayılov və İmran İsmayılov olması müəyyən edilib və onlar saxlanılıb.

Açar sözlər:

Oxunub: 1202