Güləşçilərimizdən Rioda uğurlu nəticə


22:32     14 Avqust 2016 Rio-Logo.jpg

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) Rio 2016 Olimpya Oyunlarında uğurlu çıxış edib.


Femida.az xəbər verir ki, turnirdə 75 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elvin Mürsəliyev səkkizdəbir final mərhələsinə yüksəlib.

Elvin Mürsəliyev səkkizdəbir finalda Doshan Kartıkov (Qazaxıstan) ilə qarşılaşacaq.

Turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.

Bayramov rəqibini məğlub edərək dörddəbir final mərhələsinə adlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1172


Oxşar xəbərlər