Nəticələr elan olundu


21:52     15 Avqust 2016 tqdk%20yeni.jpg

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan olunub.


TQDK-dan Femida.az-a verilən məlumata görə, müsabiqənin nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2890 plan yerinin müsabiqəsində iştirak etmək üçün 605 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2016-cı il avqustun 16-dan 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Açar sözlər:

Oxunub: 1054