“Qızıl medal almadığıma görə özümü bağışlaya bilmirəm” - Toğrul Əsgərov
13:54 22 Avqust 2016
“Azərbaycana medalsız qayıtmadığıma görə çox sevinirəm”.
Femida.az xəbər verir ki, bu barədə Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandıran güləşçimiz Toğrul Əsgərov bildirib.
“Bildiyimiz kimi, Olimpiya oyunları 4 ildən bir keçirilir. Azərbaycana medalsız qayıtmadığıma görə çox sevinirəm. Amma istəyərdim qızıl medal olsun.
İlk iki hissə final görüşündən çətin, ağır idi. Finalda rəqibin başı ya çiyni almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anın içində baş verdi, heç bilmədim.
Bütün bunlara baxmayaraq sevindirici hal odur ki, vətənə medalsız qayıtmıram. Elə olsaydı çox heyfslənərdim, neçə illik əziyyətim puç olardı. Qızıl medalı əldən verdiyimə görə özümü bağışlamaqda çətinlik çəkirəm”, - deyə T. Əsgərov söyləyib.
Oxunub: 1583
Oxşar xəbərlər
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- “Qızıl Xaç” girovlarımıza baş çəkib
- “Qızıl Məryəm”i qətlə yetirənlərin məhkəməsi başladı
- “Qızıl Məryəm“in qətli ilə bağlı məhkəmə başlayır
- “Qızıl Xaç” erməni əsirə baş çəkdi
- “Qızıl Xaç”dan Bakı və İrəvana TƏKLİF
- “Qızıl Xaç” Dilqəm və Şahbazla görüşüb
- “Qızıl oğlan”ın 36 yaşı tamam olur
- “Qızıl Məryəm”in qatillərindən biri də tutuldu
- “Qızıl Məryəm”in qatilləri kimdir? - RƏSMİ AÇIQLAMA