Körpünün altında kişi meyiti tapıldı


16:40     22 Avqust 2016 meyit222.jpg

Bərdə rayonunda naməlum kişi meyiti tapılıb.


Femida.az-ın məlumatına görə, meyit Tərtər çayı üzərində yerləşən körpünün altında aşkar olunub.

Hadisə şahidləri dərhal Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər.

Bərdə RPŞ-nin əməkdaşları hadisə yerinə baxış keçirib və meyit təcili tibbi yardım maşını ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1356