Rüstəm Behrudi Yazıçılar Birliyindən çıxıb


20:54     13 Sentyabr 2016 5553d18c341e650b53dbc80f4c2af8f5.jpg

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxıb.


R. Behrudi bu barədə “Facebook” səhifəsində yazıb. Şair bildirib ki, AYB-nin ədəbi orqanlarında bircə dəfə də olsun doğum günlərində adı çəkilməyib. “Mən az qala 30 ilə yaxındır ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum. Tanrı şahiddir ki, o təşkilatdan heç bir umacağım olmadı. AYB-nin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərində adımı çəkməyib. Niyə?! Görəsən şeirləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? AYB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm” – deyə, şair qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1257