Nabrandakı qətllə bağlı RƏSMİ AÇIQLAMA


22:33     08 İyul 2015 747959_430085.jpg

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Xaçmazda istirahət mərkəzində baş vernn dava ilə bağlı məlumat yayıb.


Femida.az xəbər verir ki, iyulun 7-də rayonunun Nabran qəsəbəsinin Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ramil Abbaslı şübhəli şəxs qismində tutulub.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 945