Naxçıvanın maşın nömrəsi dəyişdirildi - 85 ləğv olundu
15:54 24 Sentyabr 2016
Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.
Femida.az Naxcivanxeberleri.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev açıqlama verib.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilib:
Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75
Rəis həmçinin bildirib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.
Oxunub: 8105
Oxşar xəbərlər
- Naxçıvanın yeni naziri kimdir?
- Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildi
- Naxçıvanın məhsulları Türkiyəyə ixrac edilə bilər
- Naxçıvanın Konstitusiyası dəyişdi
- Naxçıvanın 2017-ci il büdcəsi təsdiqləndi
- Naxçıvanın əhalisi yarım milyona çatır
- Naxçıvanın nə qədər əhalisi var?
- Naxçıvanın dövlət büdcəsi təsdiqləndi
- Naxçıvanın ilk xanım naziri danışdı
- Naxçıvanın müdafiəsi uğrunda döyüşlər - Video