Anarın övladı AFFA-da işə başlayıb


04:29     01 Oktyabr 2016 anar_oglu1475258904.jpg

Milli məclisin sabiq deputatı (3 çağırış), Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum Anar Məmmədxanovun oğlu AFFA-da işə başlayıb.



Femida.az xəbər verir ki, bu barədə məlumatı Sportal.az yayıb.

Məlumata görə, İslam Məmmədxanov artıq bir neçə gündür ki, AFFA-nın Beynəlxalq Əlaqələr departamentində çalışır.

Qeyd edək ki, Anar Məmmədxanov 2011-ci ildə vəfat edib. İslamdan başqa daha iki övladı var.

Açar sözlər:

Oxunub: 1171