624 azərbaycanlı qız əcnəbi kişiyə ərə gedib


14:45     04 Oktyabr 2016 azerbaycanli%20qiz.jpg

Bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə

Məlumatda bildirilir ki, 2016-ci ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 35,4 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 624-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 547-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Azərbayycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1122


Oxşar xəbərlər