Canavarlar kəndə hücum edib - Zaqatalada
14:29 08 Oktyabr 2016
Zaqatalada yırtıcı heyvanlar kəndə hucum edərək kənd sakininə məxsus xırdabuynuzlu heyvanları məhv edib.
Zaqatala rayonu Muxax kəndinin sakinlərinin Femida.az-a verdiyi məlumata görə, canavar hücumu nəticəsində onun sahibi olduğu 3 baş xırdabuynuzlu heyvan tələf olub: "Bu gecə saat 4:00 - 5:00 radələrində itin səsinə oyandım. Həyətə düşdüm və tövləyə baxdım. Məlum oldu ki, saxladığım 18 baş xirdabuynuzlu heyvandan 3-ünü canavar parçalayıb. Bundan başqa, daha 3 heyvan ağır yaralanıb".
Hazırda idarənin əməkdaşları əraziyə baxış keçirir. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölən və yaralanan heyvanlar təlimata uyğun məhv ediləcək.
Femida.az
Oxunub: 1132
Oxşar xəbərlər
- Canavarlar kəndə hücum edib
- Canavarlar kəndə hücum etdi - Yaralı var
- Canavarlar Kürdəmirə kəndə hücum çəkdi
- Canavarlar Zərdaba hücum etdi - Tələfat var
- Canavarlar kəndə hücum etdi
- Canavarlar qoyun sürüsünə hücum etdi
- Canavarlar İsmayıllı sakinini yaralayıb
- Canavarlar kəndə hücum etdi
- Canavarlar fermaya hücum etdi - Tələfat var
- Canavarlar kəndə hücum etdi: Tələfat var