Türkiyəyə aparılan aparat rəhbəri öldü
15:44 27 Oktyabr 2016
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.
Femida.az
Oxunub: 2368
Oxşar xəbərlər
- Türkiyəyə qadın satan Arifəyə hökm oxundu
- Türkiyəyə göndərilən casus quş ələ keçirildi – FOTO
- Türkiyəyə səfər edənlər - Azərbaycanlılar öndədir
- Türkiyəyə top mərmisi düşdü
- Türkiyəyə terror xəbərdarlığı edildi
- Türkiyəyə mərmilər atıldı
- Türkiyəyə terror barədə xəbərdarlıq edilibmiş - ŞOK AÇIQLAMA
- Türkiyəyə “casusluq edən“ erməni qadınlar
- Türkiyəyə ağır itki: 5 şəhid
- Türkiyəyə iki mərmi atıldı, 6 nəfər yaralandı