İtaliyadakı zəlzələdə xeyli insan yaralanıb - YENİLƏNİB


19:42     30 Oktyabr 2016 zelzele.jpeg

İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində onlarla insan yaralanıb, ölənlər yoxdur.


TASS agentliyinin verdiyi məlumata görə, bunu Vətəndaşların Müdafiəsi Departamentinin rəhbəri Fabritsio Kurço bildirib.

F. Kurço deyib ki, yaralılardan birinin durumu ağırdır.


***

Bu gün saat 10.41 radələrində İtaliyanın mərkəzində güclü zəlzələ olub.

Femida.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, RAI TV zəlzələnin maqnitudasının 7.1 olduğu barədə məlumat yayıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında zəlzələnin ocağının 10 km dərinlikdə, zəlzələnin gücünün 6,6 maqnitudalı olduğu qeyd edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 1120