Sığortasız maşını kim təmir etdirməlidir? - VİDEO


01:01     06 Noyabr 2016 sigorta_qeza_000.jpg

Gözləmədən yola çıxan sürücü qəza törədib. Hadisə vaxtı qəzaya səbəb olan yox, qarşı tərəfin avtomobilinə ziyan dəyib. Qəza törədən sürücünün avtomobilinin icbari sığortası olmadığından zərərəçəkmiş sürücünün avtomobili əzik qalib. Yəni təmir olunmayib. Bəs belə olduqda sürücü nə etməlidir?


Femida.az xezerxeber.com-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl Bakıda baş verib. Nəcəfqulu İsmayılov dərhal ``102`` xidmətinə zəng vuraraq polis çağırıb. Hadisə yerinə gələn yol polisi hər iki sürücünün sənədlərini alaraq bir gün sonra onları Dövlət Yol Polis Şöbəsinə dəvət edib.

Əlacsız qalan Nəcəfqulu İsmayılov avtomobilinin icbari sığortasına da müraciət edib. Ordan da bildirilib ki, qəza törədən sürücünün sığorta şirkətinə müraciət etsin.

O iddia edir ki, avtomobilinə təxminən 300 manat ziyan dəyib. Bəs belə olduqda zərərçəkmiş tərəf nə etməlidir?

Yol hərəkət üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, sürücü məhkəməyə müraciət etməklə ona dəymiş ziyanı ödətdirə bilər.



Femida.az

Açar sözlər:

Oxunub: 1377