3953 hərbi sursat zərərsizləşdirilib


14:00     12 Noyabr 2016 anama-heyet.jpg

Noyabrın 11-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat yayıb.


ANAMA-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, rayonun Borsunlu kəndinin əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122 millimetrlik raket mərmisinin döyüş başlığı – QDT-90) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən aprelin 7-dən noyabrın 11-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanasına baxış keçirilib. Baxış zamanı 3 953 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1157


Oxşar xəbərlər