Zaxarovanın açıqlamasına operativ şərh


02:11     18 Noyabr 2016 elxan%20sahinoglu.jpg

“Rusiyadan Azərbaycana daha bir zərbə dəydi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır. Cəbhə bölgəsində kamereların quraşdırılması ideyası da Rusiyaya məxsusdur. Göründüyü kimi Rusiya hakimiyyəti əlindən gələn hər şeyi edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsin. Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq Rusiyanın bu təkliflərini qəbul etməyib. Əks halda biz işğalçını təzyiq altında saxlaya bilməyəcəkdik”.


Bunu Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri siyasi analitik Elxan Şahinoğlu deyib.

Analitikin sözlərinə görə, Zaxarova verdiyi açıqlama ilə həm də “İsgəndər” raketlərinin Ermənistana verilməsi məsələsinə eyham vurdu:

“Mən bu təkliflərin Rusiyadan gəldiyini əvvəl də bilirdim. Sadəcə məni başqa sual maraqlandırır: Moskva bu məsələni niyə indi açıb-ağardır? Faktiki bu açıqlama da Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Çünki İrəvan dəridən qabıqdan çıxır ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mezanizmi tətbiq edilsin və onlar bu yolla status-kvonu əbədiyyətə qədər uzatsınlar. Digər tərəfdən Zaxarovanın açıqlamasını belə də oxumaq olar: “Bakı bizim təklifi qəbul etmədi, bunun əvəzinə də biz gələcək toqquşmanın qarşısını almaq üçün həm Ermənistana “İsgəndər” raketləri verdik, həm də birgə qoşun birlikləri yaratdıq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2616