ANS binasından çıxarılır
21:20 22 Noyabr 2016
ANS Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasından çıxarılır.
Femida.az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb. “Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq”.
Məsələ ilə bağlı hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Femida.az
Oxunub: 1543
Oxşar xəbərlər
- ANS-lə bağlı qətnamə ləğv edildi - Məhkəmə QƏRARI
- ANS-in keçmiş əməkdaşı həbs edildi
- ANS-in kassasiya şikayətləri təmin edilməyib
- ANS rəhbərliyinə cinayət işi açılmayıb? - Prokurorluqdan açıqlama
- ANS-ə qarşı iddia təmin olundu
- ANS ÇM-in şikayəti təmin edilməyib
- ANS-lə bağlı qərar verildi
- ANS bağlandı, `Sədərək` niyə yandı?
- ANS haqda son qərar verildi
- ANS-in məhkəməsi baş tutdu - Kanal açılacaqmı ?