Hündürlükdən yıxılan uşaq öldü - Tovuzda faciə


23:54     28 Noyabr 2016 azyasli%20usaq.jpg

Tovuz rayonunda bədbəxt hadisə baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində, Elma Mürsəlova məxsus mənzildə baş verib. Onun 2014-cü il təvəllüdlü övladı Elnar hündürlükdən yerə düşərək ağır xəsarət alıb. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1038