TANAP-a 600 mln dollarlıq kredit ayrıldı


13:11     22 Dekabr 2016 31710_tanap.jpg

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.


AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd. dollara çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1559