Araqdan ölənlərin sayı 77-yə çatıb


23:00     26 Dekabr 2016 aradanzeherlenib55.jpg

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 77 nəfərə çatıb.



AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

Məlumata görə, ümumilikdə konsentratdan 123 nəfər zəhərlənib. 16 nəfər isə stasionar müalicədədir. Faktla bağlı aparılan araşdırma nəticəsində 23 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 708