Nəsirovun məhkəməsi başladı


23:40     26 Dekabr 2016 1427700436_mehkeme-a620x350.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


Femida.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S. Nəsirov ittiham aktına münasibət bildirərək, özünü təqsirli bilməyib. O, sözügedən məbləğin borc kimi alındığını deyib.

Məhkəmədə bildirilib ki, zərərçəkənlərə dəymiş ziyan tam ödənilib.

Proses yanvarın 5-də davam etdiriləcək.

Qeyd edək ki, S. Nəsirov zərərçəkmiş şəxsərə ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilir. Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1341


Oxşar xəbərlər