Qocalar evində yanğın - 7 nəfər ölüb


21:08     04 Yanvar 2017 yangin%20qoalar.jpg

Çinin Zzilin əyalətində qocalar evində baş verən yanğın nəticəsində ən azı 7 nəfər ölüb.


Femida.az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat verir.

Hadisə bu gün yerli vaxtla təxminən saat 04:30-da Tunhua şəhər dairəsinin Xueynan qəzasında baş verib. Yanğın anında binada 39 nəfər olub. Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər onlardan 32-ni xilas edə biliblər.

Yanğının səbəbi hələlik məlum deyil.

Hazırda hadisə araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1143